Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarda erməni kilsəsinin rolu












Ceyhun Məmmədov: “Müasir dövrdə də istər xaricdə, istərsə də daxildə olan erməni mafiyasının ən qüdrətli dayaqlarından biri, terror və təbliğat şəbəkələrinin təşkilatçısı, onu maddi cəhətdən təmin edən kilsə olub”Tarixi faktlar da onu deməyə əsas verir ki, erməni separatizm və terrorizmi, bu ölkənin faşizm ideologiyasına xidmət edən siyasətəinin təməlində erməni kilsəsi dayanıb və bütün məkrli planlar məhz kilsə tərəfindən hazırlanaraq həyata keçirilib. Eləcə də müxtəlif illərdə, hətta yaxın tariximizdə belə azərbaycanlılara qarşı həyata keçirilən insanlıq əleyhinə cinayətlərin əsas hərəkətverici qüvvəsi erməni kilsəsi olub. Hər nə qədər işğalçı ölkə öz mahiyyətinə uyğun olaraq bunu qəbul etməsə də, lakin tarixi faktlar həqiqətdən qaçmağın mümkünsüzlüyü ortaya qoyur. Elə Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu qənaətdədir. O, bildirib ki, Mir Mövsüm Nəvvabın “1905-1906-cı illərdə erməni müsəlman davası” əsərində də eyni fikirlər əksini tapır: “Bu günlərdə Azərbaycan şairi Mir Mövsün Nəvvabın “1905-1906-cı illərdə erməni müsəlman davası” əsərini oxudum. Kitabda 1903-1904-cü illərdə Şuşada və Qarabağın başqa bölgələrində ermənilərin Azərbaycanlılara qarşı törətdikləri amansız qəddarlıq və cinayət əməlləri haqqında ayrı-ayrı epizodlarda geniş məlumat verilir. Hələ o dövrlərdə ermənilər bu bölgədə yaşayan azərbaycanlılara qarşı kütləvi qətllər törətmiş, bu haisələrdə erməni kilsəsi aktiv rol oynamışdır. Həmin dövrdə də çarın əmri ilə Azərbaycanlılara silah gəzdirmək qadağan olunmuşdu. Bundan məhaərətlə istifadə edən ermənilər silahsız azərbaycanlıları təqib edərək vəhçicəsinə qətlə yetirirdilər. Onlar bunu o zamanlar dünyanın bir çox yerlərində yaratdıqları qımdatxanalar (erməni quldur dəstələrini birləşdirən mərkəzlər) vasitəsilə həyata keçirirdilər. Bu quruma erməni ziyalıları, gənclər, sənətkar və cəmiyyətin digər nümayəndələri cəlb edilirdi. Bu qurumun əsas vəzifəsi azərbaycanlılara qarşı təbliğatda, təxribatda, sui-qəsddə, eləcə də, silahlı toqquşmalarda istifadə etmək üçün lazımi hərbu sursatın təmin olunması, çar məmur və zabitlərinin rüşvətlə ələ keçirilməsi məqsədilə varlı erməni təbəqələrindən pul toplanılması idi”. Ceyhun Məmmədov qeyd edib ki, hər zaman olduğu kimi o dövrdə də ermən millətçilərinin Azərbaycanlılara qarşı həyata keçirdiyi qətllərə xeyr-dua verən, xalqımız qarşı törətdikləri qanlı cinayətlərin, qırğınların əsas təşkilatçısı yerlərdə fəaliyyət göstərən kilsələr və kilsə xadimləri olublar: “Kilsənin toxunulmaz Tanrı məbədi olduğu nəzərə alınaraq keşişlər həmin dövrdə onu xaqlımız qarşı erməni quldur dəstələrini silahlandıran hərbi sursat cəbhəxanasına çevirmişdilər. İnsanlığı mənəvi paklığa çağırmalı olan, onları günah əməllərdən, ədavətdən, zülmdən çəkindirmək missiyası daşıyan, insanlığı ədalətə, xeyirxahlığa, haqq yoluna dəvət etməli olan kilsə öz mahiyyətindən uzaqlaşaraq erməni quldur dəstələrinin silahlandırılaraq azərbaycanlıları qətl etməyə təşviq edirdi. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri iğtişaş və qırğınlarda kilsənin fəaliyyətini öyrənmiş rus diplomatı, general Mayevski öz qeydlərində yazırdı: “Erməni din xadimləri haqqında bir neçə söz demək istəyirəm. Onların dini fəaliyyəti olduqca cüzidir. Erməni din xadimlərinin fəaliyyəti “Allah kəlamını” çatdırmaqdan yox, müsəlmanlarala xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir”. Vaxtilə Eçmiədzinə səfər etdikdən və onun fəaliyyəti ilə yaxından tanış olduqdan sonra fransız alimi Baron de-Bay belə yazmışdı: “Bu kisı bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdir… Mənim bütün minnətdarlıqlarıma baxmayaraq, mən səmimi olmalıyam. Bu monastr məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı”. Ceyhun Məmmədov deyir ki, erməni kilsələrinin belə qeyri-insani fəaliyyətini işıqlandıran ayrı-ayrı mənbələrdən bir çox nümunələr gətirmək olar: “Müasir dövrdə də istər xaricdə, istərsə də daxildə olan erməni mafiyasının ən qüdrətli dayaqlarından biri, terror və təbliğat şəbəkələrinin təşkilatçısı, onu maddi cəhətdən təmin edən kilsə olmuşdur. Bu gün də kilsə bu missiyanı “uğurla” davam etdirir. Kitabda müəllif konkret epizodlarla ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri qətllərdən geniş bəhs edir. Həmin hadisələri təhlil edərkən ermənilərin azərbaycanlılara qarşı kin və küdurətinin, düşmənçiliyinin tarix boyu davam etdiyinə bir daha əmin olursan. Sözügedən əsər istər Dağlıq Qarabağda, istərsə də digər bölgələrdə ermənilərin həyata keçirdikləri qətllərin səbəblərinin, onun tarixi köklərinin və erməniləri dəstəkləyən qüvvə və tərəflərin öyrənilməsində və xarici qüvvələrin bu bölgədə apardıqları siyasətin mahiyyətinin öyrənilməsi baxımından xüsusi önəm daşıyır”.
(Yenigundem.az)

Son xəbərlər

Bakıda məşhur şadlıq sarayın birində at əti aşkarlandı

Baba Rzayev 13 milyonluq tenderə girir – Hesablama Palatası yenicə 255 milyonu ifşa etmişdi…

Dünya bazarında neftin qiyməti niyə düşür?

Sabunçu RİH məhkəmədə vətəndaşa uduzdu - "Torpaq sənədləri verilməlidir..."

Nazir Vilayət Eyvazov vətəndaşların müracitlərini həll etdi

Elşad Həsənov sakinlərin müraciətlərini həll etdi

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon... Yasin Dadaşov kimdir? - CƏDVƏL

Misir Mərdanovdan Emin Əmrullayevə sətiraltı cavab - “Təhsil haqqında” Qanun var

“Kintsugi” ilə jurnalist transformasiyası - “Azərlotereya”nın media təlimi, yoxsa emosional PR?

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

Paşinyan paradda iştirak etməyəcək

Balakən kanat yolunun inşasına başlanılıb- VİDEO

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir –Paytaxtda təmir-tikinti işləri, yoxsa…

Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır -Xəzər rayonunda qanunsuz tikinti/FOTOLAR

Neftimiz bu gün də ucuzlaşdı

Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya vəzifə verildi - FOTO

Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib | Ölən və yaralananlar var

Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir

Ucarda torpaqları kim zəbt edir?

Yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırıldı - VİDEO

DİN: Ötən gün axtarışda olan 125 nəfər saxlanılıb

Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? - Lisenziya problemi, yoxsa təmir...

UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

Gəncədə “Kuki kids” uşaq bağçasında tərbiyəçi azyaşlıları təhqir etdi…

Əhməd Gözəl Azərbaycandan getdi – “Azərsun”da şok dəyişikliklər

Biləsuvarda iki gənc bıçaqlandı

Qızıl və gümüş bahalaşdı

Bəzi ərazilərdə qaz olmayacaq

DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI

İran çağırış edib

Bütün xəbərlər