Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon... Yasin Dadaşov kimdir? - CƏDVƏL

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu əhalinin geri qayıdışı, azad edilmiş ərazilərdə dayanıqlı icmaların yaradılması və yeni yaşayış şəraitinə adaptasiya tədbirləri ilə bağlı növbəti satınalma müqaviləsini imzalamağa hazırlaşır.

DogruXeber.tv xəbər verir ki, tenderin qalibi "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi seçilib. Qurumla ictimai birlik arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 2 milyon 264 min 836 manat 54 qəpik təşkil edir.

Satınalmanın predmeti əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması, yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili ilə bağlıdır.

Açıq məlumatlara görə, bu, ictimai birliyin eyni istiqamət üzrə aldığı ilk müqavilə deyil. "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi 2025-ci ildə də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun eyni məzmunlu tenderinin qalibi olub. Həmin müqavilənin dəyəri 2 milyon 888 min 468 manat 45 qəpik göstərilib.

Bundan əvvəl, 2024-cü ildə də Fond eyni istiqamət üzrə ictimai birliklə 1 milyon 796 min 532 manat 30 qəpik məbləğində satınalma müqaviləsi bağlayıb.

2023-cü ildə isə eyni ictimai birlik Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də oxşar istiqamətli tenderinin qalibi olub. Həmin müqavilənin dəyəri 769 min 85 manat təşkil edib.

Beləliklə, 2024–2026-cı illər üzrə "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyinin məcburi köçkünlərin geri qayıdışı, reinteqrasiya tədbirləri və gəlirgətirən fəaliyyətlərin təşkili istiqamətində aldığı müqavilələrin ümumi məbləği 7 milyon 718 min 922 manat 29 qəpik edir. Bunun demək olar ki 7 milyon manatı (6 milyon 949 min 837 manat 29 qəpik) Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən verilib.
Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon... Yasin Dadaşov kimdir? - CƏDVƏL

"Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi 24 fevral 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Birliyin qanuni təmsilçisi Yasin Şirin oğlu Dadaşovdur.

İctimai birlik daha əvvəl beynəlxalq qrant layihələrində də iştirak edib. 2021-ci ildə Yaponiyanın Azərbaycandakı səfirliyində "Mədəniyyət üzrə Ot Kökləri Layihələri üçün Qrant Yardımı” çərçivəsində "Azərbaycan Dillər Universitetində Yaponiya araşdırmalar mərkəzinin avadanlıqlarla təmin edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. Həmin layihə üzrə ictimai birliyə 88 min 859 ABŞ dolları ayrıldığı bildirilir.

Yasin Dadaşovun LinkedIn səhifəsində qeyd olunan məlumata görə, o, icma səfərbərliyi üzrə mütəxəssisdir. Profil məlumatlarında onun təşkilat rəhbəri kimi 21 illik, layihələrin icrası və idarə olunması sahəsində isə təxminən 25 illik təcrübəyə malik olduğu göstərilir.

Həmin məlumatlarda Dadaşovun Dünya Bankı, Asiya İnkişaf Bankı, Norveç Qaçqınlar Şurası, IOM, UNHCR, UNDP, UNICEF, DRC, IRC, BP və digər beynəlxalq qurumlarla işlədiyi qeyd olunur. LinkedIn profilində həmçinin onun Azərbaycanda yüzlərlə kənddə icma quruculuğu fəaliyyətlərinə rəhbərlik etdiyi, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi layihə çərçivəsində 300 kənddə, Yaponiya səfirliyinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi” layihələri üzrə isə 130 kənddə fəaliyyət göstərdiyi bildirilir.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Mahir Abbaszadədir./valyuta.az

Son xəbərlər

Bakıda məşhur şadlıq sarayın birində at əti aşkarlandı

Baba Rzayev 13 milyonluq tenderə girir – Hesablama Palatası yenicə 255 milyonu ifşa etmişdi…

Dünya bazarında neftin qiyməti niyə düşür?

Sabunçu RİH məhkəmədə vətəndaşa uduzdu - "Torpaq sənədləri verilməlidir..."

Nazir Vilayət Eyvazov vətəndaşların müracitlərini həll etdi

Elşad Həsənov sakinlərin müraciətlərini həll etdi

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon... Yasin Dadaşov kimdir? - CƏDVƏL

Misir Mərdanovdan Emin Əmrullayevə sətiraltı cavab - “Təhsil haqqında” Qanun var

“Kintsugi” ilə jurnalist transformasiyası - “Azərlotereya”nın media təlimi, yoxsa emosional PR?

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

Paşinyan paradda iştirak etməyəcək

Balakən kanat yolunun inşasına başlanılıb- VİDEO

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir –Paytaxtda təmir-tikinti işləri, yoxsa…

Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır -Xəzər rayonunda qanunsuz tikinti/FOTOLAR

Neftimiz bu gün də ucuzlaşdı

Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya vəzifə verildi - FOTO

Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib | Ölən və yaralananlar var

Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir

Ucarda torpaqları kim zəbt edir?

Yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırıldı - VİDEO

DİN: Ötən gün axtarışda olan 125 nəfər saxlanılıb

Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? - Lisenziya problemi, yoxsa təmir...

UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

Gəncədə “Kuki kids” uşaq bağçasında tərbiyəçi azyaşlıları təhqir etdi…

Əhməd Gözəl Azərbaycandan getdi – “Azərsun”da şok dəyişikliklər

Biləsuvarda iki gənc bıçaqlandı

Qızıl və gümüş bahalaşdı

Bəzi ərazilərdə qaz olmayacaq

DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI

İran çağırış edib

Bütün xəbərlər