gundem / siyaset
7.05.2026
Elşad Həsənov sakinlərin müraciətlərini həll etdi
RİH başçısı sakinlərlə görüşdü, problemlərinin həllinə dair tapşırıqlar verdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün may ayı üzrə növbəti səyyar qəbul keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 167 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər.
Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri fərdi tikinti,zəbt edilmiş ərazilərin boşaldılması və abadlaşdırılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qəyyumluq, fərdi sahibkarlıq üçün yerin ayrılması, mülkiyyət hüququ sənədinin arxivdən əldə edilməsi, küçələrin asfaltlanması, bina həyətlərinə şlaqbaumun quraşdırılması, bina zirzəmilərində yığılan su problemi və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.
Qəbul zamanı İcra başçısı Elşad Həsənov müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayondakı qurum və xidmət rəhbərlərinə bir sıra göstərişlər verdi. İcra başçısı vətəndaş məmnunluğunun təmin etməyin əsas hədəfləri olduğunu vurğuladı. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.














