gundem / iqtisadiyyat
7.05.2026
Dünya bazarında neftin qiyməti niyə düşür?
Qlobal neft bazarında qiymətlər son günlərdə kəskin enişlə müşahidə olunub. Brent markalı neftin bir barelinin qiyməti qısa müddətə 100 dollardan aşağı düşərək təxminən 96,75 dollara qədər geriləyib.
Neft analitiklərinin rəyinə əsasən bildirir ki, bu eniş əsasən investorların qazanc götürməsi və Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxacağı ilə bağlı xəbərlərə bazarın reaksiyası ilə əlaqədardır. Bu addım gələcəkdə neft təchizatında qeyri-müəyyənlik yarada bilər və təşkilat daxilində nizam-intizamın zəifləməsi ilə bağlı narahatlıqları artırır.
Bununla belə, mütəxəssislər bildirirlər ki, geosiyasi risklər, xüsusilə Hörmüz boğazı ətrafındakı gərginlik, qiymətləri hələ də yüksək səviyyədə saxlayır. Bu bölgədən neft daşınmasında yaranan istənilən risk qiymətlərə birbaşa təsir edir.
Proqnozlara görə, yaxın müddətdə Şimali dəniz neftinin qiyməti 95–110 dollar aralığında dəyişə bilər. Lakin Yaxın Şərqdə gərginlik artarsa, qiymətlərin yenidən yüksəlməsi istisna edilmir.
BƏƏ-nin OPEC və OPEC+ alyansından çıxmaq qərarı isə ölkənin daha çevik neft siyasəti aparmaq və strateji ehtiyatların azalması fonunda istehsal strategiyasını yenidən qurmaq ehtiyacı ilə izah edilir.



