Misir Mərdanovdan Emin Əmrullayevə sətiraltı cavab - “Təhsil haqqında” Qanun var

"Şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsi mühüm və məsuliyyətli məsələdir".

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, hər bir təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biri yalnız bilik vermək deyil: "Həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır. Ayrı-ayrı fənlər üzrə bilik və bacarıqların əldə olunması vacibdir, lakin bundan daha mühüm və məsuliyyətli məsələ şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsidir".

Məktəbin əsas vəzifələrindən biri məhz şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir. Şəxsiyyətyönümlü təhsil təlim prosesinin mərkəzində şagirdin şəxsiyyətinin, onun potensialının, maraqlarının, qabiliyyətlərinin və ehtiyaclarının inkişafını qoyan təhsil modelidir.

Bu yanaşma, şagirdin sadəcə bilik ötürücüsü deyil, bacarıqlara yiyələnən unikal bir şəxsiyyət kimi formalaşmasını hədəfləyir. Son vaxtlar ekspertlər də məktəblərdə şəxsiyyətyönümlü vətəndaşın yetişdirilməməsi və ya bu prosesin zəif getməsi ilə bağlı fikirlər səsləndirirlər. Onlar bunu kompleks səbəblərin olması ilə izah edirlər. Son zamanlar baş verən hadisələri nəzərə alsaq, doğrudanmı məktəblər bu gün şəxsiyyətyönümlü vətəndaş yetişdirmir?

Bizimesr,com bildirir ki, məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri, sabiq təhsil naziri Misir Mərdanov “Cebheinfo.az”-a bildirib ki, bu istiqamətdə elm və təhsil naziri Emin Əmrullayevin fikirləri ilə razıdır:

“Məktəb şəxsiyyət hazırlamalıdır.Mən artıq 14 ilə yaxındır ki, o sistemdən ayrılmışam. Ona görə hazırda məktəblərdə gedən proseslərlə yaxından tanış deyiləm. Ailəmizdə olan uşaqlar da artıq təhsili başa vurublar.

Ona görə mən bu barədə ciddi fikir söyləməkdə çətinlik çəkirəm. Ancaq mən də bir Azərbaycan vətəndaşı kimi arzu edərdim ki, məktəblərdə və təhsil sistemində yalnız müsbət xəbərlər eşidək, pis xəbərlər olmasın”.

Məktəblərdə təlim-tərbiyə ilə bağlı nizamnamənin olmasına gəldikdə, sabiq nazir bildirib ki, Sovet dövründə ali məktəbdə tələbə olub: “Əsasən müstəqillik illərindən sonra işləmişəm. “Təhsil haqqında” Qanun var. Hər müəssisənin özünün nizamnaməsi və əsasnaməsi var. Orada olan bəndlərin yerinə yetirilib- yetirilməməsinə bu işin içində olan şəxslər fikir bildirsələr, daha yaxşı olardı”./Cebheinfo

Son xəbərlər

Bakıda məşhur şadlıq sarayın birində at əti aşkarlandı

Baba Rzayev 13 milyonluq tenderə girir – Hesablama Palatası yenicə 255 milyonu ifşa etmişdi…

Dünya bazarında neftin qiyməti niyə düşür?

Sabunçu RİH məhkəmədə vətəndaşa uduzdu - "Torpaq sənədləri verilməlidir..."

Nazir Vilayət Eyvazov vətəndaşların müracitlərini həll etdi

Elşad Həsənov sakinlərin müraciətlərini həll etdi

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon... Yasin Dadaşov kimdir? - CƏDVƏL

Misir Mərdanovdan Emin Əmrullayevə sətiraltı cavab - “Təhsil haqqında” Qanun var

“Kintsugi” ilə jurnalist transformasiyası - “Azərlotereya”nın media təlimi, yoxsa emosional PR?

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

Paşinyan paradda iştirak etməyəcək

Balakən kanat yolunun inşasına başlanılıb- VİDEO

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir –Paytaxtda təmir-tikinti işləri, yoxsa…

Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır -Xəzər rayonunda qanunsuz tikinti/FOTOLAR

Neftimiz bu gün də ucuzlaşdı

Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya vəzifə verildi - FOTO

Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib | Ölən və yaralananlar var

Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir

Ucarda torpaqları kim zəbt edir?

Yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırıldı - VİDEO

DİN: Ötən gün axtarışda olan 125 nəfər saxlanılıb

Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? - Lisenziya problemi, yoxsa təmir...

UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

Gəncədə “Kuki kids” uşaq bağçasında tərbiyəçi azyaşlıları təhqir etdi…

Əhməd Gözəl Azərbaycandan getdi – “Azərsun”da şok dəyişikliklər

Biləsuvarda iki gənc bıçaqlandı

Qızıl və gümüş bahalaşdı

Bəzi ərazilərdə qaz olmayacaq

DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI

İran çağırış edib

Bütün xəbərlər