Əhməd Gözəl Azərbaycandan getdi – “Azərsun”da şok dəyişikliklər

Ötən ay “Azərsun Holdinq”in idarəetməsində dəyişikliyin həyata keçirilməsi ictimaiyyət üçün bir qədər gözlənilməz oldu. Müşahidə Şurasının sədri postuna Tahir Gözəlin gəlişi holdinqin müasir, innovativ idarəçilik modelinə keçidi ilə əlaqələndirildi.

Bəs, görəsən, əslində, nə baş verdi? Necə oldu ki, cəmi bir il öncə - ötən ilin mayında “Azərsun Holdinq” Müşahidə Şurasının sədri olan Əhməd Gözəl vəzifəsindən getdi?

DogruXeber.tv Xitab24.az-a istinadən xəbər verir ki, Əhməd Gözəl Tahir Gözəlin Müşahidə Şurasının sədri vəzifəsinə keçməsindən sonra nəinki vəzifəsindən, Azərbaycandan da gedərək ailəsinin yaşadığı Dubaya yollanıb. Tahir Gözəlin “Azərsun Holdinq”in başına keçməsindən sonra isə holdinqdə kütləvi şəkildə ixtisarlar başlayıb. Bu ixtisarlar isə ilk növbədə Əhməd Gözəlin Holdinqə gətirdiyi kadrları əhatə edir. Belə ki, şirkətdəki mənbənin bildirdiyinə görə, Tahir Gözəl qardaşının işə cəlb etdiyi kadrlarının hamısını “Azərsun Holdinq”dən uzaqlaşdırır.

Onu da bildirək ki, ötən həftənin sonlarından başlayan kütləvi ixtisarlara düşən baş ofisdəki işçilərə stajına görə təzminat da ödənilir. Bununla bağlı Əmək Məcəlləsinin tələblərinə də əməl olunduğu bildirilir.

Daha bir maraqlı xəbər isə “Azərsun Holdinq”in tərkibinə daxil olan “Al Market” şəbəkəsi ilə bağlıdır. Məlumata görə, Tahir Gözəlin gəlişindən sonra bu ay ərzində “Al Market”in 60 yaxın filialı bağlanıb. Ay sonuna qədər isə bu sayın 200-ə qədər çatacağı bildirilir.

Qeyd edək ki, Tahir Gözəl eyni zamanda, “Qarabağ” futbol klubunun prezidentidir. Gözəl ailəsinin başçısı Abdolbari Gözəl isə ötən ilin yanvarında Dubayda 76 yaşında dünyasını dəyişib. Mərhum iş adamı Dubayda dəfn olunub.

Son xəbərlər

Bakıda məşhur şadlıq sarayın birində at əti aşkarlandı

Baba Rzayev 13 milyonluq tenderə girir – Hesablama Palatası yenicə 255 milyonu ifşa etmişdi…

Dünya bazarında neftin qiyməti niyə düşür?

Sabunçu RİH məhkəmədə vətəndaşa uduzdu - "Torpaq sənədləri verilməlidir..."

Nazir Vilayət Eyvazov vətəndaşların müracitlərini həll etdi

Elşad Həsənov sakinlərin müraciətlərini həll etdi

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon... Yasin Dadaşov kimdir? - CƏDVƏL

Misir Mərdanovdan Emin Əmrullayevə sətiraltı cavab - “Təhsil haqqında” Qanun var

“Kintsugi” ilə jurnalist transformasiyası - “Azərlotereya”nın media təlimi, yoxsa emosional PR?

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

Paşinyan paradda iştirak etməyəcək

Balakən kanat yolunun inşasına başlanılıb- VİDEO

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir –Paytaxtda təmir-tikinti işləri, yoxsa…

Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır -Xəzər rayonunda qanunsuz tikinti/FOTOLAR

Neftimiz bu gün də ucuzlaşdı

Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya vəzifə verildi - FOTO

Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib | Ölən və yaralananlar var

Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir

Ucarda torpaqları kim zəbt edir?

Yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırıldı - VİDEO

DİN: Ötən gün axtarışda olan 125 nəfər saxlanılıb

Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? - Lisenziya problemi, yoxsa təmir...

UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

Gəncədə “Kuki kids” uşaq bağçasında tərbiyəçi azyaşlıları təhqir etdi…

Əhməd Gözəl Azərbaycandan getdi – “Azərsun”da şok dəyişikliklər

Biləsuvarda iki gənc bıçaqlandı

Qızıl və gümüş bahalaşdı

Bəzi ərazilərdə qaz olmayacaq

DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI

İran çağırış edib

Bütün xəbərlər