“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA

dogruxeber.tv: - Xəbər verildiyi kimi, Masazır duz gölünə ətrafdakı yayayış məntəqələrindən çirkab suları axıdılır.

Bununla bağlı mediada ürəkbulandırıcı görüntülər yayımlandı. Əhalinin sağlamlığı üçün böyük təhlükə yaranan məsələ tənqid obyektinə çevriləndən sonra aidiyyəti qurumları hərəkətə gətirdi və beləliklə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Masazır düz gölünə tullantı suları axıdanlara qarşı cərimə tədbirləri görüləcəyini açıqladı.

Rəsmi açıqlamada qeyd olunub ki, Masazır gölünün ətrafında bir çox insan qeyri-qanuni şəkildə məskunlaşıb. Bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil, ona görə də bəzi sakinlər çirkab suları birbaşa gölə axıdır. Problemin qarşısını almaq üçün iki nasos stansiyası qurulub. Bu stansiyalar vasitəsilə çirkab sular Masazır gölündən toplanaraq Novxanı kollektoru vasitəsilə Sumqayıtdakı Tullantı Sutəmizləyici Qurğulara ötürülür. Əlavə bir problem isə Masazır gölündən hündürdə yerləşən başqa bir təbii gölün ətrafındakı qanunsuz məskunlaşmalardır ki, oradan gələn çirkab sular da Masazır gölünə axır.

Masazır gölünü kim çirkləndirir?

Görünən odur ki, bu günə qədər aidiyyəti qurum həmin gölə çirkab suların qanunsuz axıdılmasından ya xəbərsiz olub, ya da məsələyə yetərincə diqqət yetirməyib.

Rəsmi açıqlamaya görə, Masazır gölünə axıdılan çirkab suları məsələsi gündəmə gətiriləndən sonra bu sahədə tədbirlər görülüb. Qeyd olunan digər təbii gölün ətrafında qanunsuz məskunlaşma və oraya çirkab su axıdılması faktı isə indi açıqlanır və ilk dəfədir ortaya çıxır. Belə çıxır ki, ya qurumlar bu problemdən indiyə qədər xəbərsiz olublar, ya da xəbərdar olublar, amma tədbir görülməyib.

Yalnız vətəndaşlar niyə cəzalandırılır?

Sözügedən məsələyə görə qanunsuz çirkab su axıdan vətəndaşlar 600-1000 manat məbləğində cərimələnəcək.

Sual yaranır, bu cür ciddi ekoloji problemə görə təkcə vətəndaşlar məsuliyyət daşıyır?

Halbuki bu, məsələ yalnız vətəndaşların deyil, nəzarət və icra orqanlarının da məsuliyyətini ortaya qoyur. Problem uzun müddətdir mövcuddursa və sadəcə göz yumulubsa, aidiyyəti qurumlar (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Abşeron Rayon icra Hakimiyyəti, yerli bələdiyyə) vəzifə borclarını yerinə yetirməyibsə, məsul şəxslərin də xidməti yoxlamaya cəlb olunması aktualdır.

Maraqlı məqamlardan digəri duz gölünün çirkab suları ilə çirkləndirilməsi məsələsinə Abşeron Rayon icra Hakimiyyətininvə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fərqli açıqlamaları oldu. İcra hakimiyyəti duz gölünə çirkab suların yaxınlıqladakı Zəli gölündən axdığını açıqladı. Yəni nə qanunsuz məskunlaşma, nə də o ərazidə kanalizasiya şəbəkəsinin olmaması məsələsinə toxundu.

Təbii ki, bunun da bəlli səbəbi var...

Abşeron Rayon İcra Hakimiyyəti Masazır duz gölünün yaxınlığında, üstəlik kanalizasiya şəbəkəsi olmayan ərazilərdə vaxtilə niyə torpaq sahələri satıb və ya yaşayış binalarının tikintisinə icazə verib?

Nəticə etibarilə dövlət qurumlarının özləri qeyri-qanuni məskunlaşmaya şərait yaradır və sonradan problemləri yalnız vətəndaşların üzərinə atır.

“Azərsun Holdinq” bu ekoloji böhranda harada idi?

Masazır duz gölü uzun illərdir ki, böyük qida istehsalçısı “Azərsun Holdinq” MMC-yə icarəyə verilib və şirkətin burada duz hasilatı üçün zavodu fəaliyyət göstərir. “Azərsun Holdinq” kimi iri şirkətin fəaliyyətində xüsusilə məhsul keyfiyyəti ön planda olmalıdır. Amma nə baş verib? “Azərsun Holdinq” illərdir bu göldə duz hasil edir, amma gölün içindəki ekoloji fəlakətə “kor” olaraq... Bu gün hər kəsin süfrəsində olan, minlərlə ailənin gündəlik istifadə etdiyi duz məhz bu çirkaba qərq olmuş göldən çıxarılır.

Sual olunur: Kanalizasiya suları ilə çirklənmiş bu gölün duzu hansı sanitar normalara uyğun istehsal olunur? Süfrələrimizə qədər gəlib çatan duzun çirkab sulara qarışmasına “Azərsun Holdinq” necə göz yumub?


Məhz “Azərsun Holdinq”in Masazır duz gölünün çirkab sularla çirklənməsi məsələsinə sükutla yanaşması, ictimai qınaqdan yayınması da başadüşülən deyil. Susmaq məsuliyyəti üzərinə almamaq üçün ən rahat seçim olsa da, “Azərsun”un susması əslində bir cavabdır...

Cərimə çıxış yoludurmu?

Qeyd etmək yerinə düşər ki, vətəndaşların və ya məsul şəxslərin cərimələnməsi formal addımdır. Bu, gölün ekosistemini xilas etməyəcək. Əgər çirkab suların gölə axıdılması davam edəcəksə, göldən alınan duz birbaşa insan sağlamlığı üçün risk mənbəyinə çevriləcək. Bu isə birbaşa cinayət məsuliyyəti yaradır...//Bizim.Media

Oxunub: 320

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər