İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı









Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Masazır duz gölünün hazırkı ekoloji vəziyyəti ilə yerindəcə tanış olmaq məqsədi ilə əraziyə gələrək gölün ətrafına baxış keçirib. Bildirilib ki, Masazır kəndində “Azərduz” İstehsalat Birliyinin ərazisində yerləşən duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 2018-ci ildə 14,6 km uzunluğunda müxtəlif diametrli xətt çəkilib və nasosxana inşa olunub. Xətt çəkilişi işləri sifarişçi “Azərsu” ASC-nin verdiyi layihə əsasında podratçı “ArchiCo” MMC tərəfindən həyata keçirilib. Verilmiş layihəyə uyğun xətt çəkilişi işləri normal səviyyədə başa çatdırılaraq, 11 iyul 2019-cu il tarixdə “Azərsu” ASC-yə təhvil verilib. Lakin layihə duz gölünə axıdılan çirkab sularını tam əhatə etməyib. Belə ki, Masazır kəndi istiqamətində “Zəli gölü” adlanan ərazidən qrunt suları və eləcə də ətraf ərazilərdən gölə axıdılmalar nəticəsində göl daşaraq açıq şəkildə Masazır duz gölünə axır. Bu ərazi əvvəl çəkilmiş layihə üzrə kanalizasiya xəttinin başlanğıc nöqtəsinə 50-60 metr məsafədə olmasına baxmayaraq, suyun səviyyəsinin çəkilmiş xətdən bir neçə metr aşağıda olması səbəbindən ərazidən suların yığılması mümkün olmayıb. Mövcud vəziyyətlə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən 22 may 2020-ci il tarixli 1183 saylı məktubla “Azərsu” ASC-yə müraciət edilib. Masazır duz gölünün çirkab suları və digər tullantılarla çirklənməsi ilə bağlı 18 sentyabr 2020-ci il tarixdə “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları tərəfindən də əraziyə baxış keçirilib.
İ.Gülməmmədova Abşeron Sukanal idarəsinin əməkdaşları ilə ərazyə baxış keçirdikdən sonra çirkab suları və digər tullantılarla çirklənməsinin qarşısının alınması istiqamətində görüləcək işləri təhlil edib. Bununla bağlı Masazır və Novxanı kəndləri ərazisində 2018-ci ildə çəkilmiş kanalizasiya xətti layihəsinin davam etdirilərək yeni nasosxana inşa olunmasını və 50-60 metr məsafədə öz axını ilə çəkilmiş kanalizasiya xəttinə birləşmənin verilməsi məqsəduyğun hesab edilib.
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər