dunya
24.06.2020
Ermənistanda daha iki deputat koronavirusa yoluxdu

Ermənistan parlamentinin iki deputatında koronavirus infeksiyası aşkarlanıb. Azvision.az xəbər verir ki, onlardan biri hakim “Mənim addımım” blokunun deputatı Kristina Poqosyandır. O, deyib ki, hazırda özünü normal hiss edir.
"Mən şok yaşadım, çünki çox ehtiyatlı idim", erməni deputat deyib.
Hakim blokun digər deputatı Viktor Yenqibaryan da koronavirusa yoluxub.
“Dünən koronavirus üçün test verdim, nəticə müsbət oldu. Evdə özümü təcrid etmişəm. Görünür, hansısa məqamlarda qaydalara düzgün riayət etməmişəm”.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan “Çiçəklənən Ermənistan" fraksiyasından olan vitse-spikeri Vahe Enfiacyanın da koronavirusa yoluxduğunu bildirib.
(Aqreqrator.az)


