sosial / hadise
26.06.2020
Bakı Apellyasiya Məhkəməsinin hakimi koronavirusdan öldü - FOTO

Bakı Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan dünyasını dəyişib.
dogruxeber.tv “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa məlumat verib.O bu barədə facebook səhifəsində yazıb:
“İndicə aldığım xəbər çox acı oldu. Universitetdə tələbə yoldaşım, Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Teyyub oğlu Məmmədov Astarada müalicə aldığı xəstəxanada koronavirusdan 55 yaşında vəfat etdi. Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!”.


