dunya
8.07.2020, 10:13
Qırğızıstanda Joqorku Keneşə seçkilər bu il oktyabrın 4-də keçiriləcək

Qırğızıstanda Joqorku Keneşə (parlament) seçkilər bu il oktyabrın 4-də keçiriləcək.
dogruxeber.tv Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı dövlət başçısı Sooronbay Jeenbekov Fərman imzalayıb.
Yüz iyirmi yerlik Qırğızıstanın qanunvericilik orqanına seçkilər partiya siyahıları üzrə keçiriləcək. Hazırkı deputat korpusunda ölkənin altı siyasi partiyasının nümayəndələri təmsil olunur.
Yeni seçkilərdə isə ölkənin 16 siyasi partiyası iştirak etmək istəklərini ifadə ediblər.


