hadise
20.07.2020
Həyətindən 8 kiloqram heroin tapıldı

Narkotik vasitə ilə saxlanılan Yardımlı sakininin həyətindən daha 8 kiloqram heroin aşkarlanıb
dogruxeber.tv DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata əsasən bildirir ki, Yardımlı rayonu ərazisində keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayon sakini C.Mirxanlı saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən 305 qram narkotik vasitə heroin aşkarlanıb.
Əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı evin həyətinə keçirilən baxış zamanı orada gizlədilmiş 1 ədəd sellofan torbada 8 kiloqram 140 qram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.


