dunya
28.07.2020
Almaniya Liviya sahillərinə freqat göndərir

Almaniya Liviya sahillərinə hərbçilərini göndərir.
dogruxeber.tv bildirir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
Məlumata görə, Almaniya BMT-nin Liviya ilə bağlı silah embarqosu qərarını yoxlamaq üçün “İrini” əməliyyatı çərçivəsində Liviya sahillərinə hərbçilərini göndərəcək.
“Hamburq” adlı freqat gələn həftə 250 nəfərlik heyətlə yola düşəcək. Freqat avqustun ortalarında Liviya sahillərində vəzifəsini icra etməyə hazır olacaq.
(Axar.az)


