Soydaşlarımız Niderland polisinə təşəkkür ediblər










Niderland Krallığında yaşayan azərbaycanlılar ölkə polisinin Haaqa şəhər bölməsinə təşəkkür məktubu ilə müraciət ediblər.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, iyulun 17-də Azərbaycanın Niderlanddakı səfirliyinin önündə erməni icmasının yeddi saatlıq aksiya keçirmək cəhdi əslində məkrli niyyətə xidmət edib. Onlar 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən zəbt olunmasına və Qarabağdan çox uzaqda yerləşən Azərbaycan sərhədində erməni silahlı qüvvələrinin atəşkəsi pozaraq, 13 nəfəri öldürməsinə etiraz edən azərbaycanlı icmasını qıcıqlandırmaq və təxribata cəlb etmək məqsədi güdüblər.

Buna görə də soydaşlarımız hər hansı təxribatın baş verməməsi üçün səfirliyin ərazisində toplaşaraq, ermənilərin yerli ictimaiyyətdən əsl həqiqəti gizlətmək və yalan məlumatlandırmaq cəhdinə etirazlarını bildiriblər.

Amma azərbaycanlıların bu nəcib hərəkəti belə ermənilərin azğın əməllərə yol verməsinin qarşısını almayıb. Ermənilər dinc və sakit aksiya keçirəcəkləri haqqında verdikləri vədlərini pozaraq, insanların hisslərinə, sərhəddə öldürülən azərbaycanlıların ruhuna hörmətsizlik edərək, mitinq yerində diskoteka təşkil ediblər və insani dəyərlərlə bir araya sığmayan təhqiredici şüarlar səsləndiriblər.

Bununla da kifayətlənməyib, səfirliyin həyətində toplaşan azərbaycanlılara şüşə su qabları və daş atmağa başlayıblar.

Soydaşlarımız xüsusilə qeyd ediblər ki, məhz mitinqə nəzarət edən polislərin erməni təxribatlarına vaxtında və çevik müdaxiləsi nəticəsində insidentlərin qarşısı alınıb və Belçikadakı hadisələr Niderlandda baş verməyib.

Oxunub: 634

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər