hadise
31.07.2020
Ağdaşda ağır qəza: Ölən var

Ağdaşda bir nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv Baku TV-ə istinadən xəbər verir ki, qəza rayonun Yuxarı Qəsl kəndində qeydə alınıb.
61 yaşlı Ağdaş sakini Üzeyir Qafarov idarə etdiyi avtomobillə hərəkətdə olan zaman Göyçay rayon sakini Siyavuş Qafurovun idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə toqquşub.Nəticədə, “Hyundai”ın sürücüsü Siyavuş Qafurov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan sərnişin, 47 yaşlı Göyçay rayon sakini Habil Hüseynov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


