hadise / dunya
3.08.2020
Əfqanıstanda həbsxanaya terror hücumu - 11 ölü, 42 yaralı

Əfqanıstanın Cələlabad şəhərindəki bir həbsxanaya partlayıcı qurğu quraşdırılmış avtomobillə hücum təşkil olunub.
dogruxeber.tv-ın Əfqanıstan mətbuatına istinadən xəbər verir ki, 3 ayrı partlayışın baş verməsi nəticəsində 11 nəfər həlak olub, 42 nəfər isə yaralanıb. Partlayışdan sonra bölgədə atışma səsləri eşidilib.Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.


