idman
7.08.2020, 10:12
Fransız klubunda ilk yoluxma aşkarlandı: Görüş təxirə salındı

Fransanın “Sent-Etyen” komandasının futbolçusu koronavirusa yoluxub.
Bu barədə klubun “Twitter” hesabında bildirilib.Məlumatda futbolçunun adı açıqlanmayıb, lakin onun özünütəcridə yollandığı vurğulanıb.
Bununla əlaqədar “Sent-Etyen”lə “Herta” arasında avqustun 7-nə nəzərdə tutulmuş yoldaşlıq görüşü təxirə salınıb.


