Deputat: “Ermənilərin bütün bu separatçı, işğalçı hərəkətlərinin qarşısını almağın bircə yolu var – Azərbaycan işğal altında olan torpaqlarını azad etməlidir”

















Qarabağ separatçılarının lideri Araik Arutyunyan Livandan 100-150 erməni ailəsinin köçürülməsini təklif edib. Amma bu işin arxasında Ermənistan hakimiyyəti dayanır. Azərbaycan tərəfi bu planın baş tutmasının qarşısını necə ala bilər? Siz bu köçürülmələrdən ziyan çəkən toplumun nümayəndəsi olaraq çıxış yolunu nədə görürsünüz? Nə etməliyik ki, Qarabağda da Qərbi Azərbaycandakı durum təkrarlanmasın? Cavab: Əziz Ələkbərli:
“İstər Qərbi Azərbaycan, istərsə də Qarabağ ərazisində yaşayan ermənilər son iki əsrdə müxtəlif ölkələrdən Azərbaycan torpaqlarına köçürülüb gətirilən xristian əhalidir və son iki yüzil ərzində bu proses qətiyyən dayanmayıb”.
Deputat, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bu fikirləri Livan ermənilərinin Ermənistana, oradan da işğal altındakı Azərbaycan ərazilərinə köçürülməsilə bağlı “Yeni Müsavat”a açıqlaması zamanı söylədi. Vaxtilə ermənilərə havadarlıq edən güclərin məkrli siyasəti, xaricdəki ermənilərin tarixi Azərbaycan ərazilərinin köçürülməsi nəticəsində yüz minlərlə azərbaycanlının yurd-yuvalarından didərgin salındığını qeyd edən millət vəkili baş verənlərə qısaca nəzər salmağı vacib saydı: “Azərbaycan ərazilərinə kütləvi köçürmələr 1828-1831-ci illərdə Türkmənçay və Ədirnə müqavilələrindən, 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsindən sonra, 1917-1920-ci illər soyqırımı zamanı, 1946-1947-ci illərdə Stalinin fərmanı ilə olub. İki əsr öncə başlayan proses bu gün də davam edir”.
Ə.Ələkbərli bildirdi ki, bu gün ermənilərin Livandan, Suriyadan Qarabağ ərazilərinə köçürülməsi cəhdi yeni bir şey deyil: “Bütün bunlar Ermənistanın bu günəqədərki işğalçılıq və terrorçuluq əməllərinin davamıdır. Erməni lazımınca dərsini almayınca, bu əməlini 50 il, 100 il sonra da davam etdirəcək. Unutmaq lazım deyil ki, bu işin arxasında təkcə Ermənistan hakimiyyəti durmur, həm də və ilk növbədə erməni kilsəsi, erməni diasporu və erməni lobbisi dayanır”. Azərbaycan tərəfinin Livan ermənilərinin Qarabağa köçürülməsinin qarşısını almaq üçün hansı addımlar atmalı olduğuna gəldikdə, deputat bunları söylədi: “Əgər işğal altındakı ərazilər bizim nəzarətimizdə deyilsə, beynəlxalq güclər bütün bu separatçı hərəkətlərinə görə Ermənistana heç bir təzyiq göstərmirsə və bundan sonra da göstərməyəcəksə, təbii ki, bu prosesin qabağını almaq çətin olacaq. 20 ildən çoxdur ermənilər ən müxtəlif yollarla, ən yaramaz metodlarla bu ərazilərə köçürülüblər, indiyə qədər qarşılarını ala bilmişikmi? Məncə, ermənilərin bütün bu separatçı, işğalçı hərəkətlərinin qarşısını almağın bircə yolu var – Azərbaycan işğal altında olan torpaqlarını azad etməlidir. Prezident İlham Əliyev öz siyasi iradəsini qəti şəkildə ortaya qoyub, mövqeyini açıq şəkildə bildirib: Azərbaycanın işğal altındakı torpaqları son qarışına qədər azad olunmalıdır. Yeğanə çıxış yolu budur!” Deputat qeyd etdi ki, bu gün Azərbaycanın qarşısında bircə vəzifə durur: “Ölkənin bütün əhalisi və bütün resursları bu ideyaya köklənməlidir, bu gün Azərbaycan xalqının hər sıra nəfəri özünü dövlətinin, ordusunun və Ali Baş Komandanın əsgəri kimi hiss etməli, görməlidir. Son döyüş Azərbaycanın zəfər döyüşü olmalıdır. Əslində, bunu biz istəmədik, bunu işğalçı ermənilərin özü istədi, onların arxasındakı güclər istədi. Nəhayət ki, Cənubi Qafqazda iki yüzil ərzində pozulmuş nizam geri qaytarılmalıdır və bu missiyanı yerinə yetirmək də bölgənin ən güclü dövləti olan Azərbaycanın üzərinə düşür. Məhz Azərbaycanın sayəsində Cənubi Qafqaza sülh və əmin-amanlıq qayıdacaq. Mən buna əminəm!”
(Yenigundem.az)

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər