gundem
20.08.2020, 16:25
Bakıda qamışlıq və məişət tullantılarının olduğu ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində 2 ha sahədə qamışlıq və məişət tullantıları yanıb.
Bu barədə dogruxeber.tv Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
13:51
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində qamışlıq və məişət tullantılarının olduğu ərazidə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb ediliblər.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.


