gundem
29.08.2020
Rayonlara gediş-gəliş bərpa edilir? - RƏSMİ AÇIQLAMA

Rayonlara gediş-gəlişin tam şəkildə açılması insanları narahat edən məsələdir. Amma bu barədə hazırda məlumat vermək çətindir.
dogruxeber.tv Oxu.Az-ın müxbirinin Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən verdiyi xəbərə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu xəbəri indiki şəraitdə çatdırmaq mümkün deyil.


