Qəzənfər Ağayevi görən varmı? - Sakinlər başçını axtarır












Keçən günlərdə məlumat yayıldı ki, Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin fəaliyyəti son zamanlar hiss olunmur. Qeyd edək ki, ölkədə koronavirus pandemiyası demək olar ki, bütün dövlət qurumlarını aktiv fəaliyyətə səfərbər edib. Dövlət başçısının tapşırıq və göstərişlərinə əməl edən icra başçıları mütəmadi onlayn konfranslar keçirir, əhalinin problem və qayğılarının həlli ilə məşğul olurlar. Ancaq Azərbaycanda baş verən bu hadisələr sanki Astara rayon İcra Hakimiyyətinə aid deyil.

dogruxeber.tv DİA.AZ-a istinadən bildirir ki, bununla yanaşı vurğulanırdı ki, rayon icra hakimiyyətləri öz fəaliyyətləri, rayonda aparılan abadlıq-quruculuq işləri, əhali ilə keçirilən görüşlər barədə mütəmadi rəsmi saytlarında məlumatlar yayırlar. Lakin Astara rayon İcra Hakimiyyətinin rəsmi saytında ən son xəbər may ayının 19-da yerləşdirilib. May ayından bu günədək Astara rayon İcra Hakimiyyətinin saytında rayona aid olan heç bir xəbər yerləşdirilməyib. Azərbaycanda ikinci belə bir rayon yoxdur ki, 3 aydan artıq bir müddətdə heç bir tədbir keçirməsin. Bu özü Qəzənfər Ağayevin vəzifəsinə necə məsuliyyətsiz yanaşmasının əyani sübutudur.

Astara rayon sakinləri bildirir ki, onlar da may ayından bəri icra başçısının qəbuluna düşə bilmirlər: "Yazılanları oxuyuruq, saytlardan xəbər tuturuq ki, sən demə, jurnalistlər də icra başçısını tapa bilmir... Daha biz biçarələr nə edək?"

Sakinlər bildirir ki, dəfələrlə Astaradakı özbaşınalıqlardan "yuxarılara" şikayət etsələr də, xeyri olmayıb: "Burda nəsə sirr var. Sanki kimsə şikayətlərimizi lazımi ünvana çatdırmır, zibil qutusuna atır. Elə müraciətlərimizin birində yazmışdıq ki, Qəzənfər Ağayevi görən varmı? Yəni "yuxarılardan"da soruşuruq ki, bizim başçı hardadır..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər