sosial / hadise
11.09.2020, 10:11
Zibillik, üfunət, baş alıb gedən xəstəliklər: Sakinlərin şikayətinə niyə baxılmır?

Bakının Sabunçu rayonunun sakinləri məişət tullantılarının evlərinin yaxınlığındakı kanala atılmasından şikayət edirlər.
dogruxeber.tv bildirir ki,bu barədə Oxu.Az-a göndərilən müraciətdə qeyd olunub.
Söhbət Ramana qəsəbəsi, Südçülük sovxozu, 137 nömrəli tam orta məktəbin yaxınlığından keçən kanaldan gedir.Ərazidə yaşayan sakinlər şikayətlərinə baxılmadığını bildirirlər:
“Buradan gündə neçə nəfər işə gedib-gəlir. Kanalizasiya suları birbaşa kanala axıdılır. Üfunətdən nəinki buradan keçmək, heç evdə də oturmaq olmur. Bura xəstəliklərin mənbəyidir. Neçə dəfə şikayət etmişik, gəlib maraqlanan, təmizlik işləri aparan olmur”.


