“Səhərçağı” proqramı yenidən efirə qayıdır







“Mədəniyyət” kanalında yayımlanan “Səhərçağı” proqramı yeni mövsümdə yenilənmiş studiyadan sentyabrın 14-də efirdə çıxacaq.

“Səhərçağı” proqramı 2019-cu il martın 1-dən efirdədir və həftəiçi 5 gün 3 saat (8.00-dan 10.00-a kimi) canlı olaraq yayımlanır.

Teleməkanda mədəniyyətlə bağlı ilk səhər proqramı olan “Səhərçağı”nın gündəmini mədəni həyatda baş verən bütün hadisələr təşkil edir. Proqram respublikamızın, eləcə də dünyanın mədəniyyət aləmindən ən son yenilikləri tamaşaçıların diqqətinə çatdırır, yaradıcı insanların fəaliyyətini daim izləyir, onları tamaşaçıların görüşünə gətirir.

“Səhərçağı” bu mövsümdə tamamilə yenilənmiş studiya və dekorasiya ilə sentyabrın 14-də saat 08:00-dan tamaşaçıların görüşünə gələcək. Proqramın maraqlı rubrikaları tamaşaçılar tərəfindən çox sevilir.

“Həftənin mədəniyyət yekunu”, “Vernisaj”, “Sənət söhbətləri”, “Dünya irsi”, “Bestseller”, “Emalatxanada bir gün”, “Addım-addım”, “Bağa baxarsan”, “Fashion time”, “Kulis”, “Dequstator” və digər rubrikalarda mədəniyyətin müxtəlif sahələrinə diqqət ayrılır.

Ölkəmizdə yaşayan azsaylı xalqların, millətlərin zəngin mədəniyyətindən xəbər verərək, Azərbaycanın apardığı multikulturalizm siyasətinə töhfə vermək də proqramın başlıca missiyalarındandır. “Ölkəmizi tanıyaq və tanıdaq” adı altında paytaxt və regionlardakı qədim və müasir məkanlara, mədəniyyət müəssisələrinə bağlanaraq, bura ezam olunmuş müxbirlərlə canlı bağlantılar yaradılması tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

“Səhərçağı”nı Əməkdar artist Elnur Kərimov, Könül Nəsimova, Emil Şahzadə və Səbinə Öz aparacaqlar. Proqramın rəhbəri Nəcibə Əlixanovadır.
(Oxu.az)

Son xəbərlər

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Bütün xəbərlər