hadise
19.09.2020
Lənkəranda 90 yaşlı piyadanı maşın vurdu

Lənkəranda piyadanı maşın vurub.
Dogruxdeber.az “Qafqazinfo” a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində olub. Həmin rayonun Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Rzayev Hünər Ərəstun oğlu idarə etdiyi “VAZ-2104” markalı avtomobillə elə həmkəndlisi olan, 1930-cu il təvəllüdlü Qurbanov Fərman Feyzi oğlunu vurub.
Piyadanı sürücü öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstə çoxsaylı sınıq xəsarəti aldığından vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.


