Məhkəmə sədrinə töhmət verildi










Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

dogruxeber.tv şuradan Axar.az-a verilən məlumata əsasən bildirir ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub.

Prezident İlham Əliyev tərəfindən məhkəmə islahatının dərinləşdirilməsi haqqında ötən il imzalanmış Fərmanla hakim ştatları sayının 200 vahid – üçdə bir qədər artırılmasının məhkəmə sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Yeni ayrılmış ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi, habelə seçim zamanı çevikliyin təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi Qaydaları təkmilləşdirilib və seçim prosesi davamlı xarakter alıb. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə sualların kompüter vasitəsilə cavablandırması və nəticələrin dərhal elan edilməsi təsbit olunub.

Bu Qaydalarla ötən ildən başlamış müsabiqələr nəticəsində 43 nəfər hakimliyə namizəd bütün imtahanları, o cümlədən yarım illik tədris kursunu, habelə məhkəmələrdə stajkeçməni uğurla başa vurub və Hakimlərin Seçki Komitəsi tərəfindən Məhkəmə-Hüquq Şurasına təqdim ediliblər.

Şuranın bu günlərdə keçirilmiş iclaslarında Qaydalara uyğun olaraq həmin namizədlərin hər biri ilə fərdi söhbətlər keçirilib, onların ixtisaslaşmaları aparılaraq birinci instansiya məhkəmələrinə hakim vəzifəsinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

İclasda Hakimlərin Seçki Komitəsi tərəfindən müsabiqələrin xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla davam etdirilməsi təqdir olunub.

Qeyd olunub ki, bu müsabiqələrdə, həmçinin 64 nəfər test üsulu ilə və yazılı imtahanları uğurla başa vurub və həmin namizədlərlə yaxın günlərdə şifahi imtahanlar keçiriləcəkdir. Hakim olmaq üçün sənədlərini təqdim etmiş növbəti 250 nəfər namizədlə test imtahanının təşkili üçün Dövlət İmtahan Mərkəzi ilə birgə tədbirlər görülür. Sənədlərin sadələşdirilmiş formada – elektron qəbulu isə hazırda davam etdirilir.

Zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə keçirilən iclasda hakimlər barədə intizam icraatlarına da baxılıb. Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib. Eyni zamanda icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaq.

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər