Azərbaycanda fəaliyyət göstərən icma rəhbərlərinin birgə BƏYANATI










Azərbaycanda fəaliyyət göstərən icma rəhbərləri birgə bəyanat yayıb.

Bəyanatda deyilir:

“Azərbaycan zəngin tarixi, mədəni və multikultural dəyərlərə malik bir ölkədir. Bu ölkədə, qanunlara riayət edən hər bir kəs, milliyyətindən, irqindən asılı olmayaraq rahat və firavan yaşaya bilər. Biz artıq uzun illərdir ki, Azərbaycanda sülh-əminamanlıq şəraitində yaşayır və işləyirik. Qəti əminliklə deyə bilərik ki, Azərbaycan xalqı sülhsevər, tolerant və multikultural bir xalqdır.

Ölkəmizdə bütün xalqların nümayəndələri rahat, həmrəy və qarşılıqlı hörmət əsasında birgə yaşayırlar. Azərbaycan dövləti istər özünün müxtəlif azsaylı xalqlarından olan vətəndaşlarına, istərsə də bu ölkədə işləyən, yaşayan insanlara tolerant, qonaqpərvər bir yanaşma sərgiləyir.

Təəssüflə qeyd edirik ki, 30 ilə yaxındır Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövləti öz təxribatlarından əl çəkmir, Azərbaycanın mülki və hərbi obyektlərinə, insanlarına qarşı vaxtaşırı təxribatlar törədir.

Təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Bu, Ermənistan silahlı qüvvələrinin mülki insanları və obyektləri atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Həlak olanların arasında məktəbli uşaqların, yaşlı insanların olması isə bizi xüsusilə narahat edir.

Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən, 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVID-19-a qarşı mübarizə apardığı bir şəraitdə Ermənistan dövlətinin beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyi ciddi təəssüf və narahatçılıq doğurur.

BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təxribatçı hərəkətlərini davam etdirməklə, fundamental insan hüquqlarını kobud şəkildə pozaraq, regionda daha da təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistanın təcavüzü dərhal dayandırılmalıdır.

Biz - Azərbaycanda yaşayan icmalar BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara, beynəlxalq hüquq və normalara hörmətlə yanaşan bütün dövlətlərə müraciət edərək təxribatlara son qoyulması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal azad etməsi üçün Ermənistana təsir göstərməyə, Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara hörmətlə yanaşmasını təmin etməyə çağırırıq”.
(Oxu.az)

Son xəbərlər

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

Bütün xəbərlər