İspaniyanın "LA RAZÓN" qəzeti: Azərbaycan öz ərazi bütövlüyünü müdafiə edir













İspaniyanın böyük oxucu kütləsinə malik "LA RAZÓN" qəzetinin elektron versiyasında Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovun "Azərbaycan öz ərazi bütövlüyünü müdafiə edir" sərlövhəli məqaləsi dərc edilib.

dogruxeber.tv bildirir ki, məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atdığı qeyd olunur.

Diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirirlər.

Bildirilir ki, Ermənistanın hərbi təxribatı zamanı mülki əhali məqsədli şəkildə hədəf seçilmiş, oktyabrın 9-na olan məlumata əsasən, 31 dinc sakin həyatını itirmiş, 168 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, bir sıra yaşayış və inzibati binalar güclü dağıntılara məruz qalmışdır. Ermənistan silahlı qüvvələri Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisian, Vardenis, Cermuk və Berd şəhərlərindən, təmas xəttindən kənarda yerləşən və mülki əhalinin sıx məskunlaşdığı Gəncə, Mingəçevir, Beyləqan, Goranboy, Göygöl, Bərdə, Tərtər, Zərdab, Xızı və Abşeron ərazilərini məqsədyönlü şəkildə raket hücumlarına məruz qoymaqdadır.

Vurğulanıb ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların kobud şəkildə pozulması deməkdir.

Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı son aylar ərzində Ermənistan tərəfinin təxribatları, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanatları və fəaliyyətinin davamıdır.

Yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyünə hörmət və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilmədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, hərbi əməliyyatların dayanması yalnız bir halda mümkündür: Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam şəkildə çıxarılsın.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükə olduğuna yaxşı bələd olan və Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirməli olan beynəlxalq ictimaiyyət, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir.
(AZƏRTAC)

Son xəbərlər

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Nyu-Cersidə miqrant mərkəzi ətrafında məhdudiyyətlər genişləndirilib

Peykdən birbaşa telefona internet – ölkə texnologiyada yeni mərhələyə keçdi

Bu marşrutun bütün avtobusları yenilənir

Myanmanın şimal-şərqində partlayıcı maddə anbarında partlayış nəticəsində onlarla insan həlak olub

Maşın alıb-satanlara bazardan SON XƏBƏR

Azərbaycan üzərindən daha bir ticarət yolu – Rusiya milyardlar itirəcək

"Makedon" vəfat etdi

Yol Polisindən müraciət

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Netanyahu şirkət rəhbərini milli təhlükəsizlik müşaviri təyin etdi

“Hizbullah” İsrail ərazisinə 20-dən çox raket atdı

Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır

Sabahdan gömrük bağlamalarını bəyan etməyin qaydası dəyişir

Pezeşkian İrandakı son durumdan danışdı

Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar

Tramp İrana daha sərt şərtlər irəli sürdü

KİV: Xərçəng əleyhinə vaksinin sınaqları görünməmiş nəticələr göstərib

Əlcəzair Azərbaycanla strateji enerji əməkdaşlığı müqaviləsini ratifikasiya edib

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Bütün xəbərlər