siyaset / sosial
16.10.2020, 12:57
Kamran Əliyev yeni vəzifəyə təyin edildi - ƏMR

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Kamran Əliyev yeni vəzifəyə təyin olunub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, K. Əliyev Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
dogruxeber.tv bildirir ki, K. Əliyev APA -ya açıqlamasında faktı təsdiqləyib.


