Malayziya qəzeti: “Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanıdır”











Yalnız Malayziyada deyil, həmçinin Cənub-Şərqi Asiya regionunda çox nüfuzlu nəşrlərdən biri olan “New Straits Times” qəzeti oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə qarşı törətdiyi ballistik raket hücumu ilə əlaqədar məqalə dərc edib.

dogruxeber.tv bildirir ki, “Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanıdır” adlı məqalədə Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin həmin gün verdiyi bəyanatından bəhs olunub.

Məqalədə, həmçinin cari il sentyabrın 27-dən başlayaraq Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı barədə məlumat verilib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri qısa müddət ərzində Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli raket hücumu edib. Bu hücum nəticəsində 13 nəfər həyatını itirib, 40-dan çox insan ciddi yaralanıb.Bildirilib ki, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququn, eləcə də elan olunmuş humanitar atəşkəsin tələblərini kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu cinayətə görə tam məsuliyyət daşıdığı vurğulanıb.

Məqalənin sonunda qeyd edilib:

“Terroru dövlət siyasətinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiyinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin olunacaq”.
(AZƏRTAC)

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər