hadise
26.10.2020, 10:45
Ermənistanın Daşkəsəni atəşə tutuması nəticəsində meşədə yanğın başladı

Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub.
dogruxeber.tv bildirir ki, əraziyə 3 yanğınsöndürən maşın göndərilib.
Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.
(Report)


