Avropada 200-ə yaxın hava limanı bağlana bilər












Avropa ölkələrində fəaliyyət göstərən 200-ə yaxın hava limanı bağlanmaq təhlükəsi ilə üzləşib.

dogruxeber.tv "Report"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Limanları Şurası məlumat yayıb.Şura bəyan edib ki, əvvəlki sərnişin axını ilin sonuna qədər bərpa edilməzsə, Avropada 193 hava limanı müflis olacaq. Həmin hava limanları 277 min insanı işlə təmin edir və Avropa iqtisadiyyatına 12,4 milyard ABŞ dolları dəyərində töhfə verir.

Beynəlxalq Hava Limanları Şurası qeyd edib ki, iflas riski olan hava limanlarının böyük əksəriyyəti regional hava limanlarıdır, bu səbəbdən yerli məşğulluq və iqtisadiyyatlara mənfi təsirləri açıqdır.

Şura həmçinin bildirib ki, Avropanın 20 ən böyük hava limanının 16 milyard ABŞ dolları borcu var. Bu məbləğ normal bir ildə şirkətin dövriyyəsinin 60%-i qədərdir.

Beynəlxalq Hava Limanları Şurasının Avropa üzrə direktoru Oliver Jansoveç isə deyib ki, Avropanın hava limanları hər gün bağlanmaq riski ilə üz-üzədir: "Son 8 ayda Avropadakı bütün hava limanları zərərlə işləyir".

Xatırladaq ki, koronavirus pandemiyası bir sıra sahələrlə yanaşı turizm və aviasiya sahəsində kəskin böhrana səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə günü yaydığı statistikaya əsasən, Avropa koronavirus pandemiyasının yayılma tempi baxımından dünyada birinci yerə çıxıb. Son bir həftə ərzində bölgədə 1,33 milyondan çox yeni yoluxma hadisəsi aşkarlanıb. Eyni dövrdə Şimali və Cənubi Amerika ölkələrində 884 min, Cənub-Şərqi Asiyada isə 445 min yoluxma qeydə alınıb.

Son xəbərlər

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

Bütün xəbərlər