gundem / sosial
4.11.2020, 14:18
Ağdərədə düşmənin xeyli sayda şəxsi heyət məhv edilib

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.
dogruxeber.tv bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir.
UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.


