hadise
5.11.2020
İsmayıllıda yol qəzası oldu, ölən və yaralanan var

İsmayıllı rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv "Report"a istinadən xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunda, Zərgəran kəndi ərazisində qeydə alınıb.
"Ford" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində Ucar sakini, 1988-ci il təvəllüdlü Məmmədov İman Həmid oğlu dünyasını dəyişib, həmyerlisi, 1990-cı il təvəllüdlü Məmmədov Elnur Sayəddin oğlu ağır xəsarətlər alıb. E.Məmmədov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.


