gundem / siyaset
7.11.2020, 13:11
ŞAD XƏBƏR: Xocalı və Xocavəndin kəndləri işğaldan azad edildi

Azərbaycan Ordusu daha bir neçə kəndi Ermənistan işğalından azad edib.
dogruxeber.tv bildirir ki, bu barədə Prezident İlham Əliyev "Twitter"də məlumat yayıb
"Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"


