dunya
10.11.2020
Ermənistanda bir günə 1221 nəfər yoluxdu

Ermənistanda son sutka ərzində daha 1221 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
dogruxeber.tv bildirir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 108 min 687 nəfərə çatıb.
Daha 29 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1609-a çatıb.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.
(Qafqazinfo.az)


