sosial
12.11.2020, 16:21
Vilayət Eyvazovdan daha bir TƏYİNAT

Daxili İşlər orqanlarında dəyişiklik olub.
dogruxeber.tv bildirir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polkovnik-leytenant Elmir İsgəndərov vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə o, DİN-in Baş mühafizə İdarəsinin Xidmətin Təşkili İdarəsinə rəis təyin edilib.


