hadise
1.12.2020, 15:14
Bakıda avtomobildən pul və qızıl oğurlanıb

Bakıda avtomobildən pul və qızıl-zinət oğurlanıb.
dogruxeber.tv Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində K.Nəsrullayevə məxsus avtomobildən 1140 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Teymurov saxlanılıb.


