Mehdi Səlimzadə üçün Vətən qazisinin qiyməti - Dərman əvəzinə 7 manatlıq üzqırxan









Göyçay rayon Kürdəmiş kənd sakini Vətən müharibəsi qazisi Nəzərov Hilal Əlmirzə oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Teref.az-a daxil olan müraciətdə deyilir:
"Yazaraq Sizə bildirmək istəyirəm ki,mən Göyçay rayon Kürdəmiş kənd sakini 1994-ci il təvəllüdlü Nəzərov Hilal Əlmirzə oğlu 27 sentyabr 2020-ci il tarixdə könüllü olaraq Vətən müharibəsinə yola düşdüm.Öncə Gəncə şəhərində yerləşən 285 saylı Hərbi Hissəyə,sonra Goranboya,daha sonra isə Tərtərə getdik.Təxminən 5 gün sonra tankist olaraq Ağdamda gedən döyüşlərə qatıldım.23 Oktyabr tarixdə qızğın döyüşlər anında Tankdaikən düşmənin hədəfinə tuş gəldim.İdarə etdiyim tankın vurdular.Güllədən qopan qəlbə boğazıma və bədənimin digər yerlərinə dəydi.Orada ilkin tibbi yardımdan sonra məni Ağdamda yerləşən Saracallı hərbi hospitalına apardılar.Həmin gün boğazımdan təcili əməliyyat olundum.Sonra isə Bakı şəhərində yerləşən "Papanin" hərbi hospitalına göndərdilər.40 gün orada müalicə olunduqdan sonra 1 ay müddətinə məzuniyyətə göndərildim.
Hazırda yaşadığım Göyçay rayon Kürdəmiş kəndindəyəm ev şəraitində müalicə olunuram. Danışmağa çətinlik çəkirəm çünki qəlbə boğazıma dəyib.Dərmanlarımı almağa müaılicə olunmağ maddi imkanım yoxdur.Ərizə ilə müraciətlər etdikdən sonra icra başçısı Mehdi Səlimzadə mənə 100 manat pul və 7 manat qiyməti olan üzqırxan verdi.Mən icra başçısından xahiş etdim ki, müalicəm və dərmanlarım üçün mənə köməklik göstərəsin.Arxayın ol,yardım edəcəyik deməsinə baxmayaraq hələ də heç bir yardımdan söz belə gedə bilməz.
Bildirmək istəyirəm ki,ailəliyəm və bir övladım var.Azyaşlı qızım mən Vətən müharibəsinə getməmişdən öncə də ağır yanıq xəsarəti almışdı.Həm onun həm də özümün müalicəmiz üçün maddi imkanım yoxdur. Hazırda maddi durumumuz çox aşağıdır.Yaşadığım ev qəzalı vəziyyətdədir.Göyçayın icra başçısı Mehdi Səlimzadə televizorlarda özünü yalandan təriflətdirməklə məşğuldur. Heç bir qaziyə və şəhid ailəsinə diqqət ayırmır. Baxmayaraq ki, onun milyonları var. Hörmətli prezident cənab İlham Əliyev sizdən xahiş edirəm müalicəm üçün mənə maddi yardım edilməsinə tapşırıq verəsiniz.

Əlaqə telefonu; 050 702-17-63"
Mehdi Səlimzadə üçün Vətən qazisinin qiyməti - Dərman əvəzinə 7 manatlıq üzqırxan
Mehdi Səlimzadə üçün Vətən qazisinin qiyməti - Dərman əvəzinə 7 manatlıq üzqırxan
Mehdi Səlimzadə üçün Vətən qazisinin qiyməti - Dərman əvəzinə 7 manatlıq üzqırxan
Mehdi Səlimzadə üçün Vətən qazisinin qiyməti - Dərman əvəzinə 7 manatlıq üzqırxan

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər