gundem / dunya
3.01.2021
Helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

Kanadanın Alberta əyalətində helikopter qəzaya uğrayıb.
dogruxeber.tv bildirir ki, Trend-in "CTV" telekanalına istinadən verdiyi məlumata görə, "Robinson R44" modelli təyarə Qrand-Preri şəhərindən 100 kilometr şimal-şərqdə fermalardan birinin ərazisinə düşüb.
Məlumata əsasən, qəza nəticəsində helikopterin göyərtəsində olan 4 nəfər həlak olub. Qəzanın səbəbi barədə məlumat verilmir.


