2 gündə 4 tender qazanan şirkət kimə məxsusdur? – (ARAŞDIRMA)








12 və 13 yanvar tarixlərində Salyan Suvarma Sistemləri İdarəsi 4 tender keçirib.
Təxminən 1 milyon manat dəyərində olan 4 satınalmanın hamısını bir şirkət qazanıb.
Belə ki, “Sevinc-96” MMC mexanizmlər, təkərli traktor və avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması üzrə 197079.06, nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin satınalınması üzrə 279447.39, təmir tikinti işləri üçün tikinti materiallarının satınalınması üzrə 266140.27 və elektrik və mexaniki avadanlıqların təmiri üçün ehtiyat hissələrinin satınalınması üzrə 263401.88 manat alacaq.
Qeyd edək ki, 31.07.1996 tarixində dövlət qeydiyyatına alınan MMC-nin qanuni təmsilçisi Yusuf Camal oğlu Haxiyevdir. 20 manat nizamnamə kapitalına malik şirkət ötən ilin iyun ayının 1-də Salyan rayon İcra Hakimiyyətindən də abadlaşdırma işləri adı ilə 1 milyon 21 min 928 manat dəyərində tender qazanıb.
2 gündə 4 tender qazanan şirkət kimə məxsusdur? – (ARAŞDIRMA)








Araşdırmalar zamanı məlum oldu ki, Salyan rayon Maliyyə İdarəsi 2020-ci ilin dekabr ayının 9-da “Sevinc-96” MMC ilə 7900 manat dəyərində (tikili və avadanlıqların cari təmiri) satınalma müqaviləsi bağlayıb.
Mediada yayılan məlumatlara görə, “Sevinc 96” MMC faktiki olaraq bölgədə əksər tenderləri qazanan iş adamı Qurban Abbasova məxsusdur. 2018-ci ilin yanvar ayının 23-də Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin sifarişçisi olduğu V lot üzrə ümumi məbləği 399.862 manat olan tenderin qalibi Qurban Abbasovun təsisçisi olduğu “İlkin-N” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
İlkin-N MMC 2019-cu ilin yanvar ayının 16-da Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin VI lot üzrə keçirdiyi 573.848 manatlıq tenderin qalibi elan edilib.
Mətbuatda dərc olunan məlumatlarda həmçinin iddia olunur ki, Qurban Abbasovun sahibi olduğu illik dövriyyəsi 50 milyon manata yaxın olan “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis” MMC-lər vergidən yayınır.
Qeyd edək ki, təkcə Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin yox, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanası və Azər İsmayılova bağlı digər idarələr milyonlarla dəyəri olan 148 tenderi” İlkin-N” MMC adlı şirkətə verib. Qaynarinfo

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər