gundem / dunya
15.01.2021
Çində aktiv koronavirus xəstələrinin sayı 1000-i ötdü

Çində son sutka ərzində daha 144 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
dogruxeber.tv qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 87 988-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 635-dir. Ümumilikdə 82 352 xəstə sağalıb.
Ölkədə 1 001 aktiv koronavirus xəstəsi var ki, onlardan da 26-nın vəziyyəti ağır qiymətləndirilir.


