Kreml Navalnı ilə bağlı beynəlxalq rəyi nəzərə almaq niyyətində deyil
Bütün rusiyalıların hüquqlarına Rusiya Federasiyasının qanunları ilə zəmanət verilir. Sözsüz ki, Aleksey Navalnı ilə bağlı vəziyyətdə də belə olacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr. Bu, Prezidentin xüsusi diqqətini tələb edən hadisə deyil. Bütün rusiyalıların hüquqları ölkə qanunları ilə qorunur. Bu halda da belə olacaq”, - deyə Kremlin sözçüsü V. Putinin Navalnının məhkəmə və istintaq prosesində hüquqlarının qorunmasına riayət olunmasını diqqətlə izləyib-izləməyəcəyi ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, Kreml A. Navalnı ilə bağlı beynəlxalq rəyi nəzərə almaq niyyətində deyil: "Söhbət Rusiya qanunlarının Rusiya vətəndaşı tərəfindən icra olunmaması faktından gedir. Bu, tamamilə daxili işdir və biz heç kəsə icazə vermərik ki, buna maneə olsunlar. Belə bəyanatları dinləmək niyyətində deyilik”, - deyə D. Peskov bir sıra ölkələrin A. Navalnını azad etməklə bağlı çağırışlarına münasibət bildirərkən qeyd edib.

Oxunub: 751

Son xəbərlər

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Bütün xəbərlər