Nərimanov rayonunda yaşı 65-dən yuxarı olan vətəndaşların (COVİD-19) koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesi uğurla həyata keçirilir.















Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasına qarşı ölkəmizdə vaksinləşmə prosesi uğurla davam edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Nərimanov rayonunda 2021-ci il yanvarın 19-dan həyata keçirilən səhiyyə işçilərinin vaksinləşmə prosesi artıq müvəffəqiyyətlə başa çatmış, fevralın 8-dən etibarən isə 65 yaş və ondan yuxarı olan, risk qrupuna daxil edilən insanlar arasında vaksinləşmə işi həyata keçirilir.

Qeyd edək ki, peyvənd olunmaq istəyən yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan şəxslərin öncədən randevu (onlayn növbənin götürülməsi) alması vacibdir. Randevu götürülməsi məqsədi ilə ilk öncə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış randevu.its.gov.az internet ünvanına daxil olmaqla, vətəndaş özünün şəxsiyyət vəsiqəsi barədə məlumatları və mobil telefon nömrəsini qeyd edərək vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini və əvvəlcədən təyin etdiyi vaxtı seçərək qeydiyyatdan keçir. Saytdan qeydiyyatdan keçən hər bir vətəndaşın mobil telefonuna SMS-lə məlumat göndərilir.

dogruxeber.tv rayon əhalisinin vaksinləşmə prosesi Nərimanov rayonu ərazisində fəaliyyət göstərən 4 , 8, 18 və 37 saylı şəhər poliklinikalarında həyata keçirilir. Bu məqsədlə səhiyyə müəssisələrində xüsusi otaqlar ayrılmış və könüllülük əsasında qeydiyyatdan keçməklə vaksinləşmə işi aparılır. Bununla əlaqədar, Nərimanov Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları gündəlik olaraq sözügedən tibb müəssisələrində olur, vaksinasiya prosesini yerində izləyirlər. O cümlədən RİH əməkdaşları və könüllülərindən ibarət mobil qruplar 65 yaşdan yuxarı rayon sakinləri arasında təbliğat və maarifləndirmə işləri həyata keçirir, qeydiyyatla bağlı proseslərdə vətəndaşların üzləşdiyi çətinliklərlə bağlı yardım göstərirlər. Bu günkü günə qədər Nərimanov rayonu üzrə ümumilikdə 3672 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur. Onu da qeyd edək ki, vaksinasiya olunmaq arzusunda olan vətəndaşların sayı getdikcə artmaqdadır. Sakinlərlə ünsiyyət zamanı onlar vaksinlə təmin olunmuş ölkələr sırasında Azərbaycanın ilk pillələrdə olduğunu bildiklərini, buna görə və onların ödənişsiz peyvənd olunması üçün yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərinin bildirirlər.

Vaksinasiya və bununla əlaqədar qeydiyyatla bağlı suallar yarandığı təqdirdə rayon sakinlərindən Nərimanov Rayon İcra Hakimiyyətinin Qaynar Xəttinə (1643) müraciət etmələri xahiş olunur.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər