"İnsandır da, görüb ki, biz necə əziyyət çəkirik..."







Əməkdar artist Ruhəngiz Musəvi “Elgizlə izlə” verilişində mərhum Xalq artistlərinin övladlarının efirə çıxıb imkansızlıqdan şikayətlənməsini qınayıb. Belə ki, o sözünü Yaşar Nurinin qızına və Siyavuş Aslanın oğluna aid edib.

“Hər ikisi hamının sevimlisi, sənətkar olublar. Məndən inciməsinlər, başa düşürəm hamını. Çətindir, iş yoxdur. İstəməzdim ki, sənət adamları haqqında tamaşaçı bu cür eşitsin. Onlar əlçatmazdır. Nə qədər çətin olsa da, belə o cür sənətkarların övladı efirdə elə danışmamalıdır" deyə bildirib.

Yaşar Nurinin qızı Ülkər Nuriyeva Moderator.az-a açıqlama verərək Ruhəngiz Musəvinin sözləri ilə razılaşmadığını bildirib.

“Bu söhbətlərin hamısı Elgizin “Elgizlə izlə” verilişində danışılıb. Ruhəngiz Musəvi bizim əziz sənətkarımızdır, ailəmizin sevimlisidir. Amma elə şeylər var ki, səhv danışır. Həmin verilişdə vəkil Şəfiqə xanım Ruhəngiz Musəviyə etirazını bildirdi və ona dedi ki, Yaşar Nurinin qızının da, ailəsinin də danışmağa haqqı var, onlar niyə əziyyət çəkməlidirlər? Nə mən, nə də anam heç vaxt efirdə çıxıb ağlamamışıq ki, bizim vəziyyətimiz pisdir, xahiş edirik bizə kömək edəsiz! Həmin verilişə anam ekspert kimi getmişdi. Müğənni Zeynəb Dostəliyeva da bizim ailəmizin yaxınıdır, anamla tez-tez dərdləşirlər. Biz bilməyərəkdən o verilişə zəng etdi, maddi vəziyyətimizin heç də ürəkaçan olmadığını bildirdi. Zeynəb xanım da ürəyi yandığı üçün o addımı atdı, insandır da, görüb ki, biz necə əziyyət çəkirik, fikirləşib ki, bunlara qalsa ömür boyu danışmayacaqlar, ona görə özü açıb hər şeyi dedi. Mən də efirə bağlanıb onun dediklərini təsdiqlədim. Ruhəngiz xanım “Yaşar Nurinin ailəsi, filankəsin uşağı çıxıb kömək istəməməlidir” deyib. Birincisi heç kimdən kömək istəmirik, ruzini verən Allahdır. Sadəcə biz dəstək istədik. Vaxtilə atamın yanında olan dostları indi haradadır? Mövzu bu cür açıldı! Allah təala bizi özümüzdən başqasına möhtac etməsin. Kimin evində nə baş verirsə bunu heç kim bilmir, bilə də bilməz. Bu qədər çətinliyin qarşılığında mən də öz fikrimi deyə bilərəm, amma o demək deyil ki, Yaşar Nurinin qızı, Siyavuş Aslanın oğlu efirdə çıxıb nəsə desələr onlara pis baxarlar. Niyə pis baxırlar ki?Biz dilənçilik etmirik, Yaşar Nuri vaxtilə nələrsə qoyub getsəydi bu gün övladları onlarla dolana bilərdi. Bizim də vaxtilə çətinliklərimiz olub, nələrisə satmışıq ki, ayaq üstə durmağı bacaraq. Şükür Allaha bu günə kimi heç kimə möhtac olub, heç kimin qapısında yatmamışıq ki, bizə 5 manat kömək elə. Mən çox xahiş edirəm ki, jurnalistlər də bizim ailəmiz haqda, atam haqda nəsə yazanda düzgün nələrisə yazsınlar. Atam ömür boyu ailəsi ilə, qızları ilə fəxr edib ki, mənim iki kişiqeyrətli qızım var. Bunu Allaha şükür hamı bilir” - deyə Ülkər Nuriyeva deyib.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər