Mənsimov Silivri həbsxanasından gəmilərinə göndərdiyi məktubda nə yazıb… - 12 GƏMİNİN HEYƏTİ GİROV QALIB, NƏ PUL VAR, NƏ ƏRZAQ









FETÖ ittihamı ilə hazırda Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsus 12 gəmidə çalışan 150-ə yaxın işçiyə ödənilməli əməkhaqqı borcunun həcmi 3,2 milyon dolları ötüb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Palmali Holdinq”in gəmilərində qalan dənizçilər aclıq aksiyasına başlayıblar. Onlar aylardır ödənilməyən maaşlarını və evlərinə qayıtmalarına icazə verilməsini tələb edirlər. Dənizçilər bildiriblər ki, Aralıq dənizinin limanlarında aylardır tərk edilmiş 12 gəmidə kifayət qədər qida və su ehtiyatı da yoxdur. Amma şirkət onları deyil, gəmilərin taleyini düşünür.

Bloomberg-in hesabatına görə, ötən ilin mayından Beyrut limanında atılıb qalmış və borc görə limanı tərk edə bilməyən dənizçilərə 9 günlük aclıq aksiyasından sonra əməkhaqqı borcunun 40 faizindən azı- 114 min dollar ödənilib və onlar evlərinə qayıdıblar.

“Kapitan Nağdəliyev” tankerinin 44 yaşlı kapitanı Samiq Nəbiyev bildirib ki, anası xərçəng xəstəsidir və buna görə Azərbaycana geri dönmək məcburiyyətindədir. Nəbiyev və heyət üzvü şirkətin yerinə təzminat ödəmək istəyən sığorta şirkətinin təkliflərini qəbul edib.

““Kapitan Nağdəliyev” tankeri ötən ilin mayından Beyrut limanındadır, amma şirkət işçilərini düşünmür”,-kapitan Nəbiyev deyib.
Qeyd edilib ki, ötən ilin noyabrında gəmi heyətinin 8-nin evlərinə geri dönməsinə icazə verilib, lakin kapitan Nəbiyev və 3 işçiyə gəmini tərk etməyə icazə verilməyib.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası da hesabatında Aralıq dənizində tərk edilmiş gəmilərdə çalışan işçilərə 3,2 milyon dollar maaş borcunun yarandığını açıqlayıb. Lakin “Palmali Holdinq”in təmsilçiləri gəmidə qalan dənizçilərin vəziyyəti ilə bağlı federasiya ilə danışmaqdan imtina ediblər.

Federasiya gəmidə qalan dənizçilərə humanitar yardımlar edib, bununla yanaşı, şirkətin, liman rəhbərliklərinin və gəmilərin qeydiyyata alındığı ölkə olan Malta səlahiyyətliləri ilə maaşların ödənilməsi və dənizçilərə evlərinə qayıtmağa icazə verilməsi üçün danışıqlara da başlanılıb.

Federasiyanın ərəb ölkələri və İran üzrə regional koordinatoru Məhəmməd Arrachedi bildirib ki, gəmiçilər evlərinə dönmək üçün aclıq aksiyasına başlayıblar, yeməkləri və suları bitmək üzrədir.

Bildirilir ki, Mübariz Mənsimov saxlanıldığı Silivri həbsxanasından bəzi gəmilərə məktub göndərib, "xahiş edirəm gəmilərə sahib çıxın və səbrli olun" yazıb. Lakin kapitan Nəbiyev deyir: "Mənsimov və "Palmali" bizə sadəcə yalan söylədi. Bizi Livanda tərk etdilər və heç bir yardım göstərmədilər",

Məlumatda o da deyilir ki, Rusiya, İngiltərə və Almaniyada “Palmali Holdinq”in borclu olduğu şirkətlər holdinqi məhkəməyə veriblər.
Virtualaz.org

Son xəbərlər

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Məşhur futbolçu saxlanıldı

Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər

“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər

Ermənistan İrandan bu raketləri aldı

Google illər sonra dəyişir

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq

Millimiz Fransaya qarşı

İran İsrailə qarşı sərt bəyanat yaydı

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi

Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO

Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır

İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?

Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi

Ağır qəza olub: Yaralılar var

Güclü külək nəticəsində Bakıda 41 ağac sınıb

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

"Bu gecə və ya sabah gecə bizi böyük bir hücum gözləyir"

“İranın uranı Qazaxıstanda saxlanıla bilər”

Qızıl və gümüş bahalaşdı

İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB

Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi

Bütün xəbərlər