gundem / dunya
26.02.2021
SON DƏQİQƏ: ABŞ-dan İrana AĞIR ZƏRBƏ - BOMBALANDI...

ABŞ ordusu Suriyada İranın dəstəklədiyi qruplara aviazərbələr endirib.
Redaktor.az bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir.
Qeyd olunub ki, "Ketaib Hizbullah" və "Ketaib Seyyid al-Şaheda" da daxil olmaqla, İranın dəstəklədiyi qrupların obyektləri vurulub.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi, "ABŞ Prezidenti Co Baydenin göstərişi ilə Suriyada İranın dəstəklədiyi qruplara hava zərbələri endirilib" deyə açıqlama verib.


