Cəfər Cəfərovun Əli Həsənova sədaqəti... - İDDİA






Koronavirus pandemiyası səbəbindən 2020-ci ilin ilk ayları istisna digər aylarda ölkədə fəaliyyət göstərən təhsil müəssisələri fəalliyyət göstərməyib.
dogruxeber.tv BAXAR.AZa istinadən xəbər verir ki, universitetlərdə təhsil distant formada davam etdirilib. Bu müddət ərzində universitetin əməkdaşları istisna hallarda təhsil ocaqlarına baş çəkib. Çünki təhsil ocaqlarında əyani iş fəaliyyəti dayandırılmışdı. Bu dayanma hər kəsə təsir etsə də, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərova təsir etməyib.
BAXAR.AZ-ın araşdırması nəticəsində məlum olub ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti "AZƏRMƏTBUATYAYIM ASC"-yə "2020-ci il üçün mətbuatın dövri abunə xidməti" adı ilə 01.03.2021 tarixində 35488.8 AZN vəsait ödəyib. Təxmini hesablamaya görə, 35 min manata 70000 tiraj qəzet, xeyli sayda jurnal almaq mümkündür. Ölkədə gündəlik(həftənin 5 günü) fəaliyyət göstərən 5-6 qəzet redaksiyası mövcuddur ki, bu qəzetlər də ilin təxminən 250 günü tirajlanır. Hesablamadan belə çıxır ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti gün ərzində 270 qəzet alır. Pandemiya dövründə isə universitet fəaliyyət göstərməyib. Bəs, Cəfər Cəfərov bu qəzetləri kimə alıb? Nə üçün 35 min manatı sözügedən şirkətə ödəyib?
Ölkədə minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün universitetlərdən qovulduğu dönəmdə ADPU-nun 35min manatı göyə sovurması ciddi şübhələr yaradır. Pandemiya dövründə universitetlər bağlı olub, universitetin əməkdaşları onlayn şəkildə fəaliyyət göstərib. Sözügedən şirkət mətbuatda Əli Həsənovun "kurasiyası"nda göstərilir. Cəfər Cəfərovun isə pandemiya dövründə 35488.8 manatı "AZƏRMƏTBUATYAYIM ASC"-yə köçürməsinin bir neçə variantı ola bilər:
A) Əli Həsənova xidmət
B) 70min tiraj qəzeti yemək
C) Tələbələrin min bir zülmlə ödədiyi təhsil haqqını göyə sovurmaqdan həzz almaq
D) Pandemiya dövründə qəzetləri boş-boşuna almaq
Cavabı Sizə buraxırıq, əziz oxucu!
Mövzu ilə bağlı Cəfər Cəfərovun və adı hallanan digər tərəflərin də mövqeyini dərc etməyə hazırıq. Xüsusilə də, Cəfər Cəfərovun variantını.
Araşdırmamız davam edir.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər