Yeni MSK sədrinin kimliyi bəlli oldu - İDDİA







Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması gözlənilir.

Pravda.az xəbər verir ki, VI çağırış Milli Məclis 2020-ci ilin əvvəlində formalaşsa da, MSK-nın tərkibi hələ də yenilənməyib.

Qanunvericiliyə əsasən, MSK-nın üzvlərini yeni formalaşmış Milli Məclis seçir.

Qanuna əsasən, Mərkəzi Seçki Komissiyasının tərkibi 18 nəfərdən ibarətdir. Qurumun 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil etməlidir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.

Hazırda MSK-nın 17 üzvü var. Məzahir Pənahov sədr, Rövzət Qasımov sədr müavini, Arifə Muxtarova, Mikayıl Rəhimov katib, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, İlkin Şahbazov isə üzvlərdir.

1951-ci il təvəllüdlü Məzahir Pənahov 21 ildir, MSK-ya sədrlik edir, bu dövr ərzində ölkədə 20-yə yaxın seçki keçirilib. Azərbaycan hökuməti M.Pənahovun əməyini yüksək qiymətləndirib, o, 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. Bu ilin martın 30-da isə Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.

Daxil olan məlumatlara əsasən deyə bilərik ki, VI çağırış Milli Məclisin qərarı ilə yeni formalaşan MSK-nın tərkibində əhəmiyyətli dəyişikliklər ediləcək. YAP-ın M.Pənahovun MSK üzvlüyünə namizədliyini irəli sürməyəcəyi ehtimal edilir. Onun başqa vəzifəyə təyin ediləcəyi ilə bağlı fikirlər də səsləndirilir. Ümumiyyətlə, YAP-ın hazırki şəxslərin əksəriyyətinin MSK üzvlüyünə namizədliyini irəli sürməyəcəyi, gənc kadrların irəli çəkiləcəyi bildirilir.

Quruma hazırki sədr müavini Rövzət Qasımovun rəhbərlik edəcəyi iddia olunur.

MSK-nın hazırki sədr müavininə böyük etimad göstərilir. 1978-ci il təvəllüdlü R.Qasımov 23 ildir, MSK-da çalışır. İxtisasca ingilis dili üzrə tərcüməçi, dövlət və bələdiyyə idarəetməsi mütəxəssisidir. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən MSK Katibliyinin müdiri olub, 2019-cu ildən isə MSK sədrinin müavinidir. O, heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edir. R.Qasımov MSK sədri seçilərsə, köklü dəyişikliklərin aparılacağı istisna edilmir.

Yeni MSK sədrinin kimliyi bəlli oldu - İDDİA

Son xəbərlər

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Bütün xəbərlər