Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kopleksi tikildi – İradə Gülməmmədova əraziyə gəldi

Xırdalan şəhərinin 27-ci məhəlləsində, 17 saylı binanın həyətində Vətən Müharibəsində şəhid olan 6 igidimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub. Əraziyə baxış keçirən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya bildirilib ki, kompleks eyni məhəllədə böyüyən və ya müəyyən müddətdə orada yaşayan 6 Abşeronlu qəhrəmanın xatirəsinə ucaldılıb. Qeyd edilib ki, ərazidə Abad Məhəllə yaradılıb, 2 söhbətgah quraşdırılıb, mini-park salınıb, həmişəyaşıl gül kolları və müxtəlif növ ağaclar əkilib. Binanın həyəti asfaltlanıb, ərazi abadlaşdırılıb.

Daha sonra şəhid ailələri ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb. Azərbaycan igidlərinin öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyini vurğulayan başçı qeyd edib ki, məhz onların və ümumilikdə Azərbaycan ordüsunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində vətənimiz öz bütövlüyünə qovuşub. Şəhidlərimizin öz qanı ilə torpaqlarımızı işğaldan azad etdiyini qeyd edən başçı bildirib ki, 2020-ci il həm də həmrəylik, mübarizlik ili kimi tarixdə qalacaq. Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə şəfa diləyən İ.Gülməmmədova ölkəmizdə dövlət səviyyəsində şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb.

Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Şəhid ailələri də cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər. İgidlərimizin Azərbaycanın azadlığı uğrunda döyüşdüyünü və öz müqəddəs borclarını şərəflə yerinə yetirdiklərini vurğulayıblar.

Sonda şəhidlərimizin ruhuna dualar oxunub.

Allah rəhmət eləsin.

Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kopleksi tikildi – İradə Gülməmmədova əraziyə gəldi
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kopleksi tikildi – İradə Gülməmmədova əraziyə gəldi
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kopleksi tikildi – İradə Gülməmmədova əraziyə gəldi
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kopleksi tikildi – İradə Gülməmmədova əraziyə gəldi
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kopleksi tikildi – İradə Gülməmmədova əraziyə gəldi

Son xəbərlər

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Bütün xəbərlər