gundem / siyaset / sosial
20.04.2021, 12:53
Abel Məhərrəmovla yanaşı onun "qara kassası" da MƏHKƏMƏYƏ VERİLİB - Artıq ilk iclas keçirilib
![]()
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmov və BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlıya məhkəmə iddiası qaldırılıb.
dogruxeber.tv-ın Unikal.org-a istnadən məlumatına görə, iddiaçı İsmixan Mirzəyevdir.
Hazırlıq iclası Yasamal rayon məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə 19 aprel tarixində keçirilib. Baxış iclası isə 18 may saat 10:30-a təyin edilib.
Xatırladırıq ki, BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlı zamanında Abel Məhərrəmovun "qara kassası" hesab olunub və onunla bağlı yerli KİV-də yetərincə neqativ faktlar ictimailəşdirilib.![]()


